EN

Azərbaycanın hərbi potensialının gücləndirməsinə gələn ilin dövlət büdcəsindən 8,4 milyard manat ayrılacaq

Bakı. Trend:

Prezident İlham Əliyevin qarşımızda qoyduğu tapşırıqlarınicrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsihazırlanarkən əsas götürülüb. Azərbaycan Respublikasının 2030-cuilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinəsöykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişafstrategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ vəŞərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburiköçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyatşəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkəiqtisadiyyatına reinteqrasiyası, müdafiənin və millitəhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlısosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbuledilib.

Trend xəbər verir ki, bunumaliyyə naziri Samir Şərifov parlamentin noyabrın 25-də keçiriləniclasında deyib

O bildirib ki, 2025-ci il üçün dövlət büdcəsi haqqında qanunlayihəsində təklif olunan 41 milyard 367,7 milyon manat həcmindədövlət büdcəsi xərclərinin üçdə ikisi və yaxud 27 milyard 691milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərinmaliyyələşdirilməsi üçün ayrılacaqdır.

"O cümlədən, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdətutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyon manat həcmindəvə yaxud dövlət büdcəsi xərclərinin 9,7 faizində vəsaitin ayrılmasınəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə bunun sayəsindəmüasir infrastruktur yaradılması, şəhər və kəndlərin yaşayışyerlərinin tikintisi ilə bağlı aparılan fasiləsiz işlərin davametdirilməsi təmin olunacaq.

Ölkəmizin hərbi potensialını gücləndirməsi, təhlükəsizliyintəmin edilməsi və ordu quruculuğunun daha da modernləşdirilməsi,dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafıxərclərinə 8,4 milyard manat məbləğində və yaxud dövlət büdcəsixərclərinin 20,3 faiz həcmində vəsait yönəldiləcək. Bu da 2024-cüilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat və yaxud 17,8səkkiz faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə 2 milyard542 milyon manat və yaxud 43,4 faiz çoxdur", - o qeyd edib.

Chosen
4
11
az.trend.az

10Sources