EN

"Struktur islahatları uğurla davam edir" - Nazir

"Azərbaycan iqtisadiyyatı dayanıqlılıq və inkişaf nümayiş etdirir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkəmiz qlobal iqtisadiyyatda mövqelərini gücləndirməkdədir:

"Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları uğurla davam edir. Həm son illərdə, həm də cari ildə Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf nümayiş etdirir, ölkəmizin ixrac imkanları genişlənməkdədir".

Chosen
8
4
sabahinfo.az

7Sources