EN

2025-ci ildə adambaşına düşən ümumi daxili məhsul...

Gələn il Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,19 % həddində olacağı proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixi olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 % ətrafında olacağı proqnozlaşdırılır.

Nazir bildirib ki, 2025-ci ildə ümumi daxili məhsulun nominal həcmi 129,2 milyard manat, qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun nominal həcmi isə 92,2 milyard manat səviyyəsində proqnozlaşdırılır:

“Neftin 2025-ci ildə 70 ABŞ dolları və 2026-2028-ci illərdə 65 ABŞ dolları proqnozlaşdırılan qiyməti də nəzərə alınmaqla, 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsulun 7 412 ABŞ dolları, 2028-ci ilin sonuna isə 8 522 ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur".

Chosen
17
1
ikisahil.az

2Sources