EN

Quterreş ABŞ-nin Ukraynaya piyada əleyhinə minaların tədarükünü pisləyib

ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə Ottava Konvensiyası ilə bütün dünyada qadağan edilmiş piyada əleyhinə minalar tədarük etməsi mülki əhali üçün böyük təhlükə yaradır. Missiya.Az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib."Piyada əleyhinə minalar dinc əhali üçün ciddi təhlükə yaradır. Döyüş əməliyyatları dayandırıldıqdan sonra belə, bu dəhşətli silahlar bütün nəsilləri qorxu içində saxlayaraq qala bilər", - beynəlxalq təşkilatın rəhbəri bildirib.Quterreş həmçinin beynəlxalq qanunlara riayət etməyə və bu tip silahların son dərəcə idarəolunmaz olduğundan onların istifadəsindən imtina etməyə çağırıb.Zərintac MayisqızıMissiya.Az

Chosen
18
missiya.az

1Sources