EN

Ukrayna “Oreşnik”in qalıqlarını nümayiş etdirdi - FOTOLAR

Ukrayna ordusu cümə axşamı Rusiyanın Dnepr şəhərinə atdığı yeni, eksperimental ortamənzilli hipersəs raketinin qalıqlarını nümayiş etdirib. 


Sfera.az xəbər verir ki, Rusiyanın yeni istehsal etdiyi raket ilk dəfə müharibədə istifadə edilib. Ukrayna bu raketin qalıqlarını bazar günü jurnalistlərə göstərib. Raket qalıqlarının görüntüləri daha əvvəl sosial mediada paylaşılmışdı. Ordu rəsmiləri dağıntıların harada aşkar edildiyini təhlükəsizlik məsələlərinə görə dəqiq açıqlamayıblar. 


Rusiya raketin adının “Oreşnik” (Fındıq ağacı) olduğunu bildirib. Ukrayna raketin Dnepr istiqamətində hərəkət edərkən saatda 13 min kilometr sürətə çatdığını açıqlayıb. Bu sürət normal hipersəs raketinin sürətindən (saatda 1800 kilometr) bir neçə dəfə çoxdur. Ukraynalı mütəxəssislərin fikrincə, raket buraxıldıqdan sonra Kiyevə 9 dəqiqəyə, Londona isə 17 dəqiqəyə çatacaq sürətə sahib olub. 


Ukrayna Prezidenti Volodimir Zelenski bu raketin istifadəsini “müharibədə yeni mərhələ” kimi qiymətləndirib və Qərb ölkələrindən Rusiyaya müvafiq cavab vermələrini istəyib. Kreml raketin Dneprdəki hərbi hədəfi vurduğunu və bunun Ukraynanın ABŞ və Böyük Britaniya istehsalı raketlərlə Rusiyaya hücumuna cavab olduğunu bildirib. 


ABŞ hərbi rəsmiləri isə bildiriblər ki, raketin dizaynı daha uzun mənzilli "RS-26 Rubej" qitələrarası ballistik raketinə əsaslanır. Onlar yeni raketin eksperimental olduğunu və Rusiyada bu raketin məhdud sayda olduğunu iddia ediblər. Rusiya Prezidenti Vladimir Putin isə raketin döyüş sınaqlarının davam etdiriləcəyini və anbarda daha çox “Oreşnik” raketlərinin olduğunu açıqlayıb. 


Vasif

 

 

 

Chosen
23
12
sfera.az

10Sources