EN

7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə təxirə salındı

"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkilin iştirak etmədiyi məlum olub.

Məlum olub ki, təqsirləndirilən Elnur Əhmədlinin vəkili Fərid Həsənov prosesdə iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməyə ərizə göndərib. O, övladının səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib. Hakim deyib ki, vəkillərdən birinin iştirak olmadan iclasının keçirilməsi mümkün deyil.

Növbəti proses dekabrın 16-da davam edəcək.

Qeyd edək ki, bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Chosen
5
6
publika.az

10Sources