EN

Hakan Fidan NATO-nun baş katibi Rutte ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin X sosial media hesabında edilən paylaşımda nazir Hakan Fidanın Türkiyənin paytaxtında Rutte ilə görüşdüyü bildirilib.

Xatırladaq ki, NATO Baş katibi NATO-nun baş katibi Mark Rutte 25 noyabr 2024 tarxində rəsmi görüşlər üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.

Görüşlərdə Ukraynadakı müharibənin yayılma təhlükəsi, NATO-nun gücləndirilməsi, müdafiə sahəsində əməkdaşlıq, Türkiyənin terrorla mübarizəsi, Suriyanın və İraqın şimalındakı son vəziyyət, habelə Egey və Şərqi Aralıq dənizindəki inkişaflar da müzakirə edilməsi gözlənilən mövzular arasındadır. 

QAZÄ°LER.AZ

 

Chosen
20
45
qaziler.az

10Sources