Ermənistanın Kotaysk əyalətində kişi evini qumbara ilə partlatmaq istəyib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə Ptqni kəndində qeydə alınıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis əməkdaşları kişini dilə tutaraq fikrindən daşındıra biliblər. O, daha sonra saxlanılıb, şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb.