EN

Gəncə qışa hazırdırmı? – FOTO

Soyuq qış aylarının yaxınlaşması və havaların soyuması ilə əlaqədar şəhərlərin qarlı-şaxtalı havalara nə dərəcə hazırlıqlı olması məsələsi yenidən gündəmə gəlib.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə qış mövsümünə hazırlıq işlərinə artıq start verib.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) rəis müavini İlqar Əsədovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, ehtimal edilən sərt hava şəraitinə qarşı 10 ədəd "MAZ" markalı avtomobil, 4 qoşqusuz və qoşqulu traktor, 2 "Amkodor" texnikası və 1 "Qreyder" hazır vəziyyətə gətirilib. Bundan əlavə, anbarlara 10 tona yaxın qum və duz ehtiyatı tədarük edilib və zərurət yarandığı halda əlavələr olunacaq.

Qışa hazırlıq işləri təkcə texniki sahə ilə məhdudlaşmır...

İ. Əsədov qeyd edib ki, şəhər ərazisindəki 260-dək çoxmənzilli binanın tüstü bacaları təmizlənib və proses digər binlarda da davam etdirilir:

“MKTİB-in bütün təsərrüfatlarının gücləndirilmiş iş rejiminə keçirildiyini bildirən rəis müavini vurğulayıb ki, payız-qış mövsümündə yarana biləcək problemlər operativ şəkildə həll olunacaq. Bunun üçün birliyin mütəxəssisləri texnikalara mütəmadi olaraq nəzarət edirlər”.










Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
20
bizim.media

1Sources