EN

Avtomobili şaxtadan qorumaq üçün sadə üsullar

Avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar

  Havaların soyuması avtomobillərə və təbii ki, avtomobil sahiblərinə də bır sıra problemlər yaradır. Xüsusən də əgər avtomobil gecə saatlarında açıq havada park edilirsə, şüşələrin, güzgülərin buz tutacağı, mühərriki don vuracağı ehtimalı da var. Mütəxəssislər bəzi xırda detallara diqqət etməklə zərərdən yayınmanın mümkünlüyünü bildirir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar. Bunun üçün adi sellofan paket də yetərlidir. Sellofan paketi avtomobilin arxanı göstərən ön güzgüsünə keçirmək aynanın buzlanmasının qatşısını alacaq. Sellofan paketi güzgüyə elə keçirmək lazımdır ki, onu bütünlüklə örtsün. Bununla güzgünün buzlanması problemindən xilas olarsınız. Buzlanmağın qarşısını alan örtüklərdən də istifadə edilə bilər. Avtomobilin ön şüşəsini gecələr xüsusi şüşə qoruyucu örtüklə bağlamaq, şüşəsilənləri isə ön şüşədən aralı vəziytətdə saxlamaq lazımdır ki, rezin ucluqlar şaxtanın təsiri ilə şüşəyə yapışmasın. Avtomobilin pəncərələri və digər səthləri buzlanmadan qoruyan xüsusi spreylər də satılır. Avtomobilin zədələnməsinin qarşısını almaq üçün bu spreylərdən istifadə edə bilərsiniz. Amma kimyəvi məhsullardan istifadə etmək istəmirsinizsə, sirkə ilə suyu qarışdırıb pəncərələrə çiləyə bilərsiniz. Buzlanma təkcə pəncərələrdə deyil, həm də mühərrik sistemlərində müxtəlif problemlər yarada bilər. Mühərrikin soyuducusunda antifriz tərkibini vaxtaşırı yoxlayın. Antifrizin normal səviyyələri mühərrikin donmasının qarşısını alır. Qış mövsümündən əvvəl avtomobilinizə ümumi texniki qulluq etməklə buzlanmaya qarşı tədbir görülməlidir. Alacağınız ehtiyat tədbirləri, qış boyu avtomobildən rahat istifadəyə imkan verəcək. Bu həm iqtisadi cəhətdən sərfəlidir, həm də təhlükəsizlik baxımından vacibdir. 

Chosen
32
1
sherg.az

2Sources