EN

Aİ ikili standartlardan istifadə edir - Çin XİN

Aİ ikili standartlardan istifadə edir - Çin XİN

Avropa İttifaqı Rusiya müəssisələri ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməklə ikili standartlara əl atır. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Aİ-nin Rusiya hərbi-sənaye kompleksinə dəstək iddiası ilə Çin biznes qurumlarına qarşı yeni məhdudiyyətlər tətbiq etmək planlarını şərh edərkən bildirib."Hazırda Avropa və ABŞ da daxil olmaqla, əksər ölkələr Rusiya ilə ticarət edir" - deyən dedi Mao Ning Avropa tərəfini ikili standartlar tətbiq etməməyə çağırıb."Çin və Rusiya şirkətləri arasında müntəzəm mübadilə və əməkdaşlıq heç kimə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsi və ya təsirinə məruz qalmamalıdır" - deyə o, qeyd edib.Çin rəsmisi xatırladıb ki, Pekin həmişə beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən birtərəfli sanksiyalara qarşı çıxıb: "Ukrayna məsələsində Çin həmişə sülh və danışıqlar üçün səy göstərib". O qeyd edib ki, ÇXR münaqişə zamanı heç vaxt nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etməyib: "Pekin mülki pilotsuz uçuş aparatları da daxil olmaqla ikili təyinatlı mallara ciddi nəzarət edir".

Chosen
13
afn.az

1Sources