EN

“Əfqanıstan şəriət qanunlarına qarşı çıxmayan ölkələrlə əlaqə qurmaq istəyir” - Siracuddin Haqqani

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Haqqani bildirib ki, ölkə şəriət qanunlarına və İslam prinsiplərinə zidd olmayan ölkələrlə əlaqələr qurmaq istəyir.

Hafta.az-ın “Ariana News”a istinadən yazdığına görə, Hakkani vurğulayıb ki, Əfqanıstan hökuməti dünya ilə əməkdaşlığa deyil, müstəmləkəçiliyə qarşıdır. O bildirib ki, “Taliban” heç kimə ölkədə dini qanunları pozmağa icazə verməyəcək.

“Əgər biz əlaqələr və əməkdaşlıq istəyiriksə, bu, prinsiplərə əsaslanmalıdır. Dünya əməkdaşlıq etdiyi üçün biz bu dialoqun bir hissəsi olmaq istəyirik, çünki maraq və ehtiyaclarımız ticarət və digər məsələlərdən asılıdır”, - deyə Haqqani bildirib.

Fevral ayında Siracuddin Haqqani demişdi ki, insanlar siyasətdən danışmaq əvəzinə “namaz qılsınlar”.

“Kişilər və qadınlar deyirlər ki, siyasət belə olmalıdır, elə olmalıdır. Bu haqda çox fikirləşməyin, Allaha daha çox ibadət edin, bu daha yaxşıdır”, - o əlavə edib.

Haqqani, öz siyasətini müdafiə edib və Əfqanıstanın müvəqqəti hökumətinin müzakirə oluna bilməyəcəyini vurğulayıb. Həmçinin, daxili işlər naziri deyib ki, “Taliban” beynəlxalq ictimaiyyətin göstərişlərinə əməl etmək istəmədikləri üçün sanksiyalara məruz qalıb. O vurğulayıb ki, əfqanlar azadlığa özləri nail olublar və heç kimə borclu deyillər.

Chosen
13
hafta.az

1Sources