EN

AQC-nin Bank Ekspertlər Şurasının ilk yığıncağı keçirilib

Şuranın rəhbər vəzifələrinə təyinatlar olub

FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasının təsis yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun təqdimatı ilə Bank Ekspertlər Şurasının sədri, sədrin müavinləri və katibi vəzifələrinə təyinatlar təsdiqlənib. Belə ki, “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hikmət Sadıqov Bank Ekspertlər Şurasının sədri, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan Quliyev və Expressbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Nəsibov Şuranın sədrinin müavinləri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra aparatının üzvü Ziya Mustafa isə Şuranın katibi vəzifələrinə təyinat alıblar.

Yığıncaqda yeni təyinatlarla yanaşı Bank Ekspertlər Şurasının Əsasnaməsi qəbul olunub, Şuranın fəaliyyət istiqamətləri ilə də bağlı müzakirələr aparılıb. Şura üzvləri Azərbaycan Respublikasının Qiymətləndiricilər Palatasının sədri vəzifəsinə seçkilərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruca uğurlar arzulayıblar.

Qeyd edək ki,  Bank Ekspertlər Şurasının Əsasnaməsinə əsasən, Şura ölkənin kommersiya banklarında çalışan, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkil etdiyi sertifikasiya kurslarında iştirak edən qiymətləndiricilərdən təşkil olunur. Bank Ekspert Şurası müəyyən edilmiş kvotaya müvafiq olaraq Cəmiyyətin idarə olunması prosesində iştirak edir. Eyni zamanda, Şura üzvləri qiymətləndirmə və bank  sektorları arasında münasibətlərin inkişafı, peşəkar təmasların artırılması, şəffaflığın təmin olunması istiqamətində təşəbbüslər irəli sürür, fəaliyyət planının və yol xəritəsinin hazırlanmasında yaxından iştirak edirlər.

Şuranın yığıncaqları ayda bir dəfədən az olmayaraq keçirilir. Yığıncaqda Şuranın üzvləri Cəmiyyətin sədrinin təqdimatı əsasında 2 il müddətinə Şuranın sədrini,  sədrin müavinlərini və katibi seçirlər. Şuranın üzvləri üçün say məhdudiyyəti nəzərdə tutulmur və Şura üzvlərinin təşəbbüsü ilə Cəmiyyətin sədrinin bank sektorunda fəaliyyət göstərən  mütəxəssisləri Şuraya cəlb etmək hüququ var.

Xatırladaq ki, sözügedən platforma Azərbaycan bank və qiymətləndirmə sektorlarının tarixində ilk hadisədir. Bundan sonra hər iki sektor yarana biləcək problemləri birlikdə müzakirə etmək imkanı əldə edəcəklər.

AQC-ninAQC-ninAQC-ninAQC-ninAQC-nin
Chosen
21
7
fed.az

8Sources