EN

NATO Xəzərdə nə planlaşdırır?

“NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən iclasında çıxışı zamanı deyib.

Bortnikov bildirib ki, NATO hazırda Arktika və Baltikyanı regionunda sürətlə möhkəmlənir.

“Təhlükə durmadan artır. NATO Rusiya və Belarus sərhədlərində möhkəmlənir, Arktika və Baltikyanı regionlarına sürətlə daxil olur, Qara dənizdə döyüş, kəşfiyyat və logistika imkanlarını genişləndirməyə çalışır, eyni zamanda, Xəzər dənizinə çıxış əldə etmək imkanları axtarır”, - FTX direktoru bildirib.

Asif

Chosen
17
4
publika.az

6Sources