EN

İctimai nəqliyyatda diferensial tarif – TÜRKDİLLİ ÖLKƏNİN TƏCRÜBƏSİ- FOTO

Bakının ictimai nəqliyyat sistemində fərqli tariflərin tətbiqi ilə bağlı çox müzakirələr aparılıb, çox təklif irəli sürülüb. Lakin hələlik birdəfəlik nağd və nağdsız ödəniş sistemi dəyişmir. Amma bir çox ölkədə sistem fərqlidir. 

Avtosfer.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə yanvarın 1-dən etibarən ictimai nəqliyyatda (avtobus və metro) qiymət artırılacaq. Lakin meriyanın qərarındakı bu fərqi nağd ödənişdə israr edən daşkəndlilər daha çox hiss edəcək.  Belə ki, nağd ödəniş zamanı gediş haqqı 3000 som, manat ekvivalenti ilə 30 qəpik olacaq.  Elektron sistemlərlə ödəniş edənlər isə 1 gedişə görə 1700 som (17 qəpik) ödəniş etməli olacaqlar. Gediş sayı ilə bağlı tariflərdə isə elektron sistemlə 1600  som ödəmək lazım gələcək. Xüsusi əhali qruplarına edilən güzəştlər dəyişdirilmədən saxlanılıb. İlk biletlə 1 saat ərzində bir neçə avtobusdan istifadə mümkündür. 
Günlük və həftəlik biletlərə gəlincə, burada gediş sayı ilə bağlı tarif nəzərdə tutulur. 2 gün qüvvədə olan 10 gedişlik kartdan  (16 000 som) istifadə zamanı 1 gediş sərnişinə bizim pulla 16 qəpiyə başa gəlir.  Həftəlik 30 gediş hüququ verən kartla ödənişin qiyməti isə təxminən 14 qəpiyə düşür. Eyni zamanda, poçt şöbələrində illik kartlar da əldə etmək mümkündür. 
Bundan başqa, şəhər meriyası ictimai nəqliyyatda nağd ödənişi tədricən ləğv etmək istəyir. Üstəgəl Taşkənd və Bişkek şəhərləri yerli nəqliyyat kartları ilə ödənişlərin qarşılıqlı tanınması üzərində işləyir.
Hazırda Daşkənddə tramvayın bərpası üzərində də iş gedir.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Chosen
9
avtosfer.az

1Sources