EN

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində paytaxtın 62, 133, 168, 170, 193, 194, 206, 217, 445və 569 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Trend-ə AYNA-danməlumat verilib.

Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

"Sənədlər 25 dekabr 2024-cü il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədovküçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:050-855-53-55, e-poçt: [email protected])qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyatvasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən 62 nömrəli (Sabunçuqəsəbəsi, Sabunçu dəmiryolu stansiyası – N.Tusi küçəsi), 194nömrəli (Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış kompleksi – "20Yanvar" metrostansiyası) və 217 nömrəli (Məmmədli kəndi – "Koroğlu"NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 10-da;

168 nömrəli (Binə Atçılıq yaşayış massivi – "Koroğlu" NMM), 193nömrəli (6-cı mikrorayon, M.Məhəmmədxan küçəsi – “Binə” ticarətmərkəzi), 206 nömrəli (Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi –“Elmlər Akademiyası” metrostansiyası və 569 nömrəli (Masazırqəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobusmarşrutları üzrə 4 Lotda yanvarın 14-də;

133 nömrəli (Binəqədi qəsəbəsi, A.İsfəhani küçəsi – "Gənclik"metrostansiyası), 170 nömrəli (Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi– “Memar Əcəmi” metrostansiyası) və 445 nömrəli (Pirallahı qəsəbəsi– “Qala” NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 17-dəbaxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır", - məlumatda qeyd olunub.

Məqalədə:
Chosen
24
20
az.trend.az

10Sources