EN

Vergi qanunvericiliyində dəyişikliklər sahibkarların maraqlarına uyğunlaşdırılacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Biznes assosiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə, son illər ərzində və gələcəkdə vergi qanunvericiliyində, inzibatçılığında edilən dəyişikliklər, həmçinin, bu sahədə dövlət qurumları ilə biznes assosiyaları və sahibkarlıq subyektləri arasında qurulan qarşılıqlı əməkdaşlıq formatının nəticələri müzakirə edilib.

Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.

Nicat İmanov tədbirdə qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə verilən güzəştlərin müddəti uzadılıb. Bu sahədə əldə edilən satışdankənar gəlirlər və verilən subsidiyalar 2027-ci ilədək vergidən azad edilib. Kənd təsərrüfatı müəssisələrindən əldə edilən dividend gəlirləri 2023-cü ildən etibarən 4 il müddətinə vergidən azad edilib. Bundan əlavə, heyvan və quş ətinin satışı da ƏDV-dən azad edilib. Bu güzəştlər, kənd təsərrüfatı sektorunun inkişafına dəstək vermək məqsədini güdür.

Chosen
21
2
fins.az

10Sources