EN

“Gələn il pensiyaların orta məbləği 535 manat olacaq” – Sahil Babayev

“2024-cü ilin 9 ayında əsassız pensiya ödənişlərinin qarşısının alınması nəticəsində indeksasiyalaşdırılmamış 955 milyon manat, indeksasiyalaşdırılmış isə 1 milyard 363 milyon manat vəsait qənaət edilib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari illə müqayisədə 10,5 % çoxdur:

“Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə 575 manat proqnozlaşdırılır. Cari ilin sonuna pensiyaların orta aylıq məbləği 527,3 manat olaraq proqnozlaşdırılır”.

Günay Şahmar, Bizim.Media

Chosen
17
31
bizim.media

10Sources