EN

Təhlükə saçan təlim avtomobilləri... - "Onların 90 faizinə ciddi təlimlər lazımdır"

“Azərbaycanda sürücülərə dərs keçən təlimçilərin, demək olar ki,  90 faizinin özünün ciddi təlimlərə, sertifikatlaşdırılmaya ehtiyacı var”.

Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında deyib.

“Təəssüflə bildirirəm ki, belə təlimçilərə hazırda heç bir nəzarət yoxdur. Sadəcə avtomobilin üzərinə təlim sözü yazırlar və fəaliyyət göstərirlər. Xüsusilə də, xanım təlimçilər haqqında bunu demək olar. Onların böyük hissəsini imtahandan keçirsək, bu imtahanı özləri uğurla başa vura bilməyəcəklər. Buna baxmayaraq, onlar özlərini təlimçi elan ediblər. Bu baxımdan həmin məsələnin üzərinə getmək lazımdır, onlara ciddi nəzarət olunmalıdır. Yalnız bundan sonra onların təlimçi statusunda yola çıxmasına imkan vermək olar”.

Ekspert bildirib ki, 2019-2023-cü illəri əhatə edən Yol hərəkəti təhlükəsizliyi haqqında dövlət proqramında bu məsələ öz əksini tapıb. Cənab Prezidentin də təsdiq etdiyi bu proqramın təəssüf ki, icra müddəti bitdi və bu icra müddətində məsələ ilə ciddi şəkildə məşğul olan olmayıb.

“Düşünürəm ki, bu məsələyə ayrıca diqqət ayrılmalıdır. Eyni zamanda dövlət proqramının müddəti artırılmalıdır və nəticədə məsələ də öz həllini tapsın. Sürücülərin üzərinə bir çox məsələlər qoyulduğu kimi, təlimçilərin də müəyyən məsuliyyətləri olmalıdır və onlar bu məsuliyyəti dərk etməldirlər, buna əməl etməlidirlər. Dövlət proqramında təlimçilərin üzərinə düşən məsuliyyət açıq şəkildə əksini tapmışdı. Lakin məsələyə diqqət ayrılmadığı üçün təlimçilər də bu qaydalara əməl etmədilər. Nəticə etibarı ilə hələ də istismara yararsız avtomobillərlə təlimlər keçirlər, avtomobillərin texniki parametrləri sual altındadır”.

Chosen
4
1
avtosfer.az

2Sources