EN

Moldova Ukraynanın yolu ilə gedir

Moldova Avropaya inteqrasiya yolunda uğursuz dövlətə çevrilmiş Ukrayna yolu ilə irəliləyir.

OXU24.COM  RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündə deyib.

“Qərb harda çadırlarını uzadıbsa, biz parçalanma və sabitliyin pozulmasını görürük. Ən parlaq nümunə Ukraynadır. Qondarma Avropa inteqrasiyası ilə aldanaraq, Amerika Birləşmiş Ştatlarının əsas anti-Rusiya dayağına çevrildi”, - SVR rəhbəri bildirib.

Narışkin əlavə edib ki, nəticədə Ukrayna uğursuz dövlətə çevrilib. Onun sözlərinə görə, Moldova da analoji yolla gedir. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, Moldova prezidenti Maia Sandu totalitar rejim təşkil edib, buna görə də ölkə cəmiyyətində “fəlakətli qütbləşmə” başlayıb.

Noyabrın 21-də Moldovanın baş naziri Dorin Recean Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Rusiya ilə münasibətlərin bərpasının zəruriliyini bəyan edib. O qeyd edib ki, Kişinyovun hazırda Moskva ilə “çox gərgin münasibətləri” var.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moldovaya NATO ilə yaxınlaşmamaq barədə xəbərdarlıq etmişdi.

 

Nigar

 

Chosen
16
oxu24.com

1Sources