EN

Samirə İrəvana getdi, gömrükdən mesaj verdi –  FOTO

Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb.

Viral.az Globalinfo.az-a istinadla xəbər verir ki, o bu barədə X hesabında paylaşımında bildirib.

Belə ki, Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq gömrükdə S.Bayramovanı Ermənistana buraxmayıblar.

Son Yazılar:

“Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”, o paylaşımda qeyd edib.

Chosen
7
3
viral.az

10Sources