EN

 MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində məlumat verib.

“Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq”, - deyə Uşakov bildirib.

O, hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.
Chosen
6
7
sherg.az

9Sources