EN

ABŞ gördü ki, KAAN yaradırıq, F-35 təklif etdi

Vaşinqton Ankaraya beşinci nəsil F-35 qırıcılarını təhvil verə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi ABŞ-a F-35 qırıcılarının tədarükü üçün yenidən sorğu göndərib:

“Bizim ABŞ-da altı F-35 təyyarəmiz var. İndi gördülər ki, biz Türkiyənin beşinci nəsil KAAN qırıcısı istehsal edirik, münasibətləri dəyişdi. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara F-35 almaq təklifini yenidən göndərdik”.

Chosen
5
5
nocomment.az

10Sources