EN

AFFA: “Bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasında geniş müzakirəyə çıxarılacaq”

“İnkişaf strategiyasının hazırlanmasının artıq son mərhələsi həyata keçirilir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli deyib.

Federasiyanın press-ateşesi bu prosesin dekabrda başa çatacağını tamamlanacağını bildirib:

“Yeni strategiya AFFA rəhbərliyi trəfindən detallı şəkildə incələnib. Onun ilin sonunadək yekunlaşması nəzərdə tutulub.

“Double Pass” və “McKinsey & Partners” neçə aydır bu işlə çox ciddi məşğuldur. 400 səhifəyə yaxın bir inkişaf layihəsi üzərində çalışırlar.

Layihə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında da geniş müzakirəyə çıxarılacaq”.

Chosen
14
sportinfo.az

1Sources