Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu vəzifəyə Kamilə Hüseyn qızı Dadaş-zadə təyinat alıb.
Qeyd edək ki, Kamilə Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.
K.Dadaş-zadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.
O, 2011-ci ildən kafedraya rəhbərlik edir.
K.Dadşzadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.
2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
2013-cü ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.