EN

DSX-nın işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Dövlət Sərhəd Xidmətinin (DSX) işdən çıxarılan əməkdaşı Cahan Abbasov məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun məlumatına görə, Cahan Abbasovun iddia tələbi işə bərpa ilə bağlıdır. 

İddiaya Gəncə İnzibati Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanın icraatındadır. 

Cahan Abbasov 2020-ci ildə "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

Seyid
Chosen
23
1
qaynarinfo.az

2Sources