EN

Merkel milyonçu oldu

Almaniyanın keçmiş kansleri Angela Merkel milyonçu olub.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” qəzeti kitab nəşri sənayesinin adının açıqlanmasını istəməyən ekspertə istinadən yazıb.

Qeyd edilib ki, “Azadlıq” adlı xatirələr kitabı Merkelə böyük miqdarda sərvət qazandırıb.

Ekspertin hesablamalarına görə, memuarları yalnız alman nəşriyyatlarında çap etmək hüququnun alınması 1,5 milyon avro ilə 1,8 milyon avro arasında başa gəlir.

Eyni zamanda, kitablar təkcə bütün dünyada satılmayacaq, həm də Almaniyadakı fondlar və digər partiyalarla əlaqəli qurumlar tərəfindən kütləvi şəkildə alınacaq.

Qəzet Merkelin kitabının Rusiya və Çin də daxil olmaqla 30 ölkədə satışa çıxarılacağına işarə edir. Nəşr xatırladıb ki, kanslerin pensiyası təxminən 15 min avro təşkil edir.

Şahanə Rəhimli,
Musavat.com

Chosen
318
1
musavat.com

2Sources