EN

Barens dənizində turistləri daşıyan gəmi aşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Murmansk vilayətinin Teriberika kəndi yaxınlığında, Barens dənizində turistləri daşıyan gəzinti gəmisi çevrilib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
"İlkin məlumatlara görə, 2024-cü il noyabrın 27-də Barens dənizinin akvatoriyasında, Teriberka kəndi yaxınlığında içərisində sərnişinlərin olduğu gəzinti gəmisi aşıb. Bütün sərnişinlər sahilə çıxarılıblar", - deyə məlumatda bildirilib.
Turistlərin yoldan keçən gəminin heyəti tərəfindən götürüldüyü qeyd edilib.
Hadisə ilə bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi" maddəsi üzrə cinayət işi açılıb.
Chosen
30
oxu.az

1Sources