Cümə günü, 29 noyabrda Yer kürəsini maqnit qasırğası bürüyəcək.
Viral.az xəbər verir ki, bu barədə Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri təşkilatın rəsmi saytına məlumat yerləşdiriblər.
Geomaqnit təsiri 6 bal gücündə olacaq. Proqnozlara görə, pik dövr gecə saat 00:00-dan günorta saat 12:00-a qədər olacaq, bundan sonra qasırğa zəifləməyə başlayacaq. Saat 18:00-dan 21:00-a qədər isə dörd bal gücündə ikinci bir aktivlik gözlənilir. Mütəxəssislər bu maqnit qasırğasını G2 səviyyəsində, yəni orta güclü kimi qiymətləndirirlər.
Son Yazılar:
- Əhaliyə XƏBƏRDARLIQ – Bu gecədən başlayaraq…
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
Dekabr ayına olan proqnozlar göstərir ki, cümə günü baş verən qasırğadan sonra ilin sonuna qədər maqnitosfer sabit vəziyyətdə qalacaq.