EN

"Nissan"ın 1 il ömrü qalıb - Böhranla üz-üzədir - FOTO

Dünyanın avtomobil sənayesində tanınmış şirkətlərdən biri olan "Nissan" ciddi maliyyə problemləri ilə üzləşib. Şirkətin yüksək vəzifəli rəhbərləri tərəfindən verilən məlumata görə, Nissan yaxın 12-14 ay ərzində yeni bir investor tapa bilməsə, iflas təhlükəsi ilə üz-üzə qalacaq.

Milli.Az xəbər verir ki, 2010-cu ildən sonra dözümlülüklə bağlı etibarını itirən "Nissan" iflasın astanasındadır.

"Nissan" avtomobil satışlarındakı kəskin azalma səbəbindən qısa müddət ərzində 9 min işçisini ixtisara salmağı və istehsal gücünü 20% azaltmağı planlaşdırır. Bundan əlavə, şirkət "Mitsubishi"dəki hissələrini satmağı və yeni model buraxılışlarını təxirə salmağı nəzərdən keçirir. Bu tədbirlərin şirkətin uzunmüddətli gələcəyi üçün yetərli olmayacağı ehtimal edilir.

"Nissan"ın adlarının açıqlanmasını istəmədikləri vəzifəli şəxsləri "Financial Times"a açıqlama verərək bildiriblər ki, şirkətin böhrandan xilas olması üçün əsas amil yeni investor tapmaqdır. Əks halda, "Nissan" qlobal iqtisadi böhranın təsiri ilə iflas edən növbəti iri marka ola bilər.

Bəxtiyar Umarlı
Milli.Az

Chosen
14
2
milli.az

3Sources