EN

Avropa Parlamenti Kiyevə hərbi dəstək vermək üçün Aİ dövlətlərinə müraciət edib

Avropa Parlamentinin üzvləri Kiyev rejimini dəstəklədiklərini bildiriblər və Aİ ölkələrini Ukraynaya hərbi yardımı gücləndirməyə, o cümlədən döyüş təyyarələri və uzaqmənzilli raketlərin tədarükünü artırmağa çağırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında dərc edilən sənəddə deyilir.

“Avropa Parlamenti Avropa İttifaqını və onun üzv dövlətlərini Ukraynaya hərbi dəstəyi artırmağa davam etməyə çağırır. Xüsusilə, təyyarələrin, uzaqmənzilli raketlərin, o cümlədən “Taurus”, “Patriot” və “SAMP-T” kimi müasir hava hücumundan müdafiə sistemlərinin və döyüş sursatlarının tədarükünün artırılmasını tövsiyyə edir”.

Avropa Parlamentinin üzvləri Ukraynaya dəstək olaraq qəbul edilən qətnamədə Aİ ölkələrini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar. Xüsusilə, metallurgiya, nüvə enerjisi, kimya sənayesi və bank işi kimi sənaye sahələrində məhdudiyyətlərin genişləndirilməsi təklif edilir.

Cümə axşamı Strasburqda keçiriləcək plenar iclasda Avropa Parlamenti Ukraynaya dəstəyi ifadə edən yeni qətnaməyə səs verəcək. Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qərarları məsləhət xarakteri daşıyır və Avropa İttifaqı və ya Aİ-yə üzv dövlətlərin təsisatları üçün məcburi deyil.

Bir müddət əvvəl “Foreign Policy” yazıb ki, üç ilə yaxındır davam edən Ukrayna münaqişəsindən təngə gələn Qərb dövlətləri onun həlli yollarını axtarır.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
13
12
konkret.az

10Sources