EN

Bayden son addımlarını atır...

ABŞ prezidenti Co Baydenin administrasiyası, gedən ayaqda yeni prezident Trampa "qazdığı quyunu" dərinləşdirməkdədir. Onun administrasiyası Ukraynaya yeni- 725 milyon dollarlıq hərbi yardım paketi hazırlayır.

 Bu barədə məlumat verən Reuters agentliyi, Bayden administrasiyasının planları ilə yaxından tanış olan məmurun sözlərinə istinadən yazır ki, Ağ Evin rəhbəri Rusiyanın hücumlarının qsrşısının alınması üçün  ABŞ-ın hərbi ehtiyatından Kiyevə yerüstü minalar, PUA-lar, Stinger raketləri, HİMARS raket sistemləri üçün mərmilər və s. verməyə hazırlaşır.

  Agentlik daha  sonra əlavə edir ki, yardım paketinə həmçinin kütləvi raket zərbələri sistemləri üçün qadaöan olunmuş kassetli mərmilərdə  göndərəcək. 

 Bir sözlə, Co Bayden yeni seçilmiş prezident Donald Trampın ,  müharibəni dayandırmaqla bağlı  verdiyi vədlərin yerinə yetirməməsi üçün son imkanlarından istifadə edir. 

 Rüstəm Hacıyev
 

Chosen
23
adalet.az

1Sources