EN

Çin 2031-ci ildə Marsdan torpaq nümunələri gətirməyi planlaşdırır

Bakı. Trend:

Çinin “Tianwen-3” missiyası 2031-ci ildə Marsdan torpaqnümunələrini Yerə gətirəcək.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, missiyanın əsas elmi məqsədiQırmızı planetdə həyat əlamətlərini axtarmaqdır.

2028-ci ildə “Tianwen-3”ün iki buraxılışı planlaşdırılır. Bumissiyanın məqsədi Marsa eniş etmək, nümunələr toplamaqdır. Buhalda, Qırmızı planetə eniş sahəsi də nümunə götürmə məkanınaçevriləcəkdir.

Laboratoriyanın alimləri “National Science Review” jurnalınınnoyabr sayında dərc olunan qısa məqalədə öz tədqiqatstrategiyalarını açıqlayıblar. Onlar, əsasən, “Chryse Planitia” və“Utopia Planitia”nın qədim bölgələrində cəmləşmiş, sahil xətləri,deltalar, qurumuş göllər və kanyon sistemləri kimi müxtəlif geolojimühitləri əhatə edən 86 potensial eniş yeri təklif ediblər ki, buda potensial həyat əlamətləri tapmağa imkan verəcək.

Komanda həm səthdən nümunə götürmə, həm də qazma üsullarındanistifadə edərək bioimzaların müəyyən edilməsi istiamətində işaparacaq. Bu missiyada texnologiyanın xüsusi olaraq hazırlanmışyeni vasitələrindən istifadə olunacaq.

“Tianwen-3” missiyası beynəlxalq əməkdaşlıq vasitəsiləhazırlanmış faydalı yükü daşıyacaq. Eyni zamanda, Çinmütəxəssisləri Marsdakı torpaq nümunələri və aşkarlama məlumatlarıüzərində birgə araşdırma aparmaq üçün dünyanın müxtəlifölkələrindən olan alimlərlə əməkdaşlıq edəcəklər.

Çin, həmçinin Yupiterin təkamül tarixini və onun peyklərininmeydana çıxması prosesini öyrənmək üçün “Tianwen-4” missiyasınınbir hissəsi olan “Jovian” sistemini də tədqiq etməyiplanlaşdırır.

Chosen
9
1
az.trend.az

2Sources