EN

İnternetə çıxışı olmayan insanlar üçün... - İlon Maskdan yeni layihə

İlon Mask dünyada internetə çıxışı olmayan 2,5 milyard insan üçün yeni layihə hazırlayıb.

 

Sfera.az xəbər verir ki, Mask “SpaceX” və “Direct to Cell” peykləri ilə telefonları birbaşa peyk internetinə qoşmağı hədəfləyir.

 

Məlumata görə, antena sensorları aşağı olduğu üçün texniki imkansızlıq mobil telefonların yüzlərlə kilometr uzaqlıqdakı peyklərə qoşulmasını çətinləşdirir.

 

Şirkətin açıqlamasında bildirilir ki, “Starlink” peykləri bu çətinliklərin öhdəsindən gəlmək və mobil telefonlara standart “LTE” xidməti göstərmək üçün innovativ yeni xüsusi silikon, mərhələli sıra antenaları və qabaqcıl proqram alqoritmləri ilə təchiz edilib. Mesajlaşma xidməti bu ildən aktivləşir, lakin səsli zənglər, data və digər məlumatların göndərilməsi 2025-ci ildə istifadəyə veriləcək.

 

Starlink bildirib ki, mobil giriş ilkin olaraq “T-Mobile USA”, “Rogers Canada”, “One NZ New Zealand”, “KDDI Japan”, “Optus Australia”, “Salt Switzerland”, “Entel Chile” və “Entel Peru”da aktivləşdiriləcək.

 

Qeyd edilib ki, İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starlink” dünyanın hər nöqtəsinə yüksək sürətli internetə çıxışı təmin etmək üçün orbitə buraxılan minlərlə kiçik peykdən ibarət şəbəkə sistemi kimi işləyir. Layihənin məqsədi xüsusilə kənd və ucqar ərazilərdə internetə çıxışın yaxşılaşdırılmasıdır.

 

Firuzə Əliyeva

Chosen
16
1
sfera.az

2Sources