EN

Elşad Məmmədov: "Azərbaycanda sosial müdafiə siyasəti əhalinin həssas təbəqələrinə yönəlib"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a müsahibəsində ölkədəki sosial müdafiə siyasətinə dair fikirlərini bölüşüb.

Professorun sözlərinə görə, Azərbaycanın mövcud demoqrafik vəziyyəti ölkədə sosial müdafiə tədbirlərinin daha çox həssas əhali qruplarına yönəldilməsini zəruri edir:

“Hazırda ölkədə ehtiyacı olan sosial kateqoriyalara müvafiq ödənişlərin həyata keçirilməsinə üstünlük verilir. Bununla yanaşı, daha geniş sosial təbəqələrin təminatı üçün aktiv məşğulluq siyasəti prioritet kimi götürülür. Bu siyasət çərçivəsində məqsəd vətəndaşlarımızın əmək bazarında layiqli yerlərini tapması üçün imkanların yaradılmasıdır”.

Elşad Məmmədov qeyd edib ki, bu yanaşma həm sosial ədalətin təmin edilməsinə, həm də iqtisadiyyatın dayanıqlı inkişafına şərait yaradır.

 

Pərvanə Fərhadqızı

Chosen
11
qht.az

1Sources