EN

Sol müxalifət lideri Melenşon Makronun istefasını tələb edib

Sol

Solçu “İtaətsiz Fransa” partiyasının qurucusu, solçu “Yeni Xalq Cəbhəsi”nin qeyri-rəsmi lideri Jan-Lük Melenşon Fransadakı böhranlı vəziyyətdən çıxmaq üçün prezident Emmanuel Makronu istefaya çağırıb.

APA xəbər verir ki, o bu haqda “X” hesabında yazıb.

"Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var - prezidentin istefası", - Melenşon deyib.

Müxalifət partiyaları hökumətin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadıqlarını bildiriblər.

Onlar baş nazir Mişel Barnieri etimadsızlıq səsverməsi ilə hədələyiblər.

Qeyd edək ki, müxalifətin büdcə layihəsi ilə bağlı əsas şikayətləri orada nəzərdə tutulan hökumət xərclərinin 60 milyard avro azaldılması ilə bağlıdır.

Melenşon bildirib ki, hökumətin istefası gələn həftənin əvvəlində baş verə bilər.

"Bizim baş nazir postuna öz namizədliyimiz var. Əgər o, prezidentə uyğun gəlmirsə, o, istefaya getməli olacaq", - deyə o əlavə edib.

Chosen
9
1
xalqcebhesi.az

2Sources