EN

Suriya rejimi ilə müxaliflər arasında qarşıdurma daha da şiddətlənib



2019-cu ildə İdlibdə Türkiyə, İran və Rusiyanın əldə etdiyi razılaşmanı pozan Suriya rejiminə qarşı hərəkətə keçən müxalifət Hələbə çatıb. 39-u rejim əsgəri olmaqla 100 nəfərin öldüyü qarşıdurmada müxalif qüvvələr Hələb ətrafında 56 kənd və qəsəbəni ələ keçirib.
Rusiyanın hava hücumları və Suriya rejiminin Türkiyəyə bitişik İdlib bölgəsinə qurudan hücumları son zamanlar intensivləşib. Rusiya, Suriya rejimi qüvvələri və milis qrupları ölkənin şimalında yerləşən İdlibdə müxaliflərin mümkün əməliyyatının qarşısını almaq üçün hərbi potensiallarına qarşı hücumlar həyata keçirdiklərini iddia etsə də, bölgədə mülki itkilərin artması bunun əksini ortaya qoyub bu iddialar və gərginlik daha da artdı. Hələb və İdlib əyalətlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhdarı Heyət Təhrir Şam (HTŞ) silahlı qruplaşması arasında üç gündür qarşıdurmalar davam edir. Qarşıdurmalarda 39-u rejim əsgəri, 44-ü müxalifətçi olmaqla 100-ə yaxın adam həyatını itirib.

aia.az
Tərcümə şöbəsi



Chosen
17
19
aia.az

10Sources