EN

Baş nazir: “Orduya gərgin müharibəyə hazırlaşmağı tapşırmışam”

Baş

İsrailin baş naziri Binyamin Netanyahu Livanla əldə edilən atəşkəsdən sonra verdiyi açıqlamada deyib ki, razılaşma pozulacağı təqdirdə orduya gərgin müharibəyə hazırlaşmağı tapşırıb.

Reyting.az
-ın məlumatına görə, İsrail ilə Livan arasında əldə olunan atəşkəsdən sonra İsrail mətbuatına müsahibə verən Netanyahu deyib ki, “Hizbullah” atəşkəsə əməl etməsə “sıx bir müharibə” olacaq.

“Əgər atəşkəs olarsa, müqavilənin ciddi şəkildə pozulduğu təqdirdə indi etdiyimiz kimi təkcə nöqtə əməliyyatları aparmayacağıq, hər dəfə güc tətbiq edəcəyik. Müqavilə ciddi şəkildə pozulduğu təqdirdə orduya gərgin döyüşə hazırlaşmağı tapşırmışam”,- baş nazir qeyd edib.

“İsrailin Livanın cənubunda niyə bufer zona yaratmadı” sualına da cavab verən Netanyahu bildirib ki, quru işğalı təhlükəsi aradan qalxıb.

Onun sözlərinə görə, İsrail ordusu Livan sərhədində “Hizbullah”ın yerüstü və yeraltı sığınacaqlarını və tunellərini məhv edib.

Digər tərəfdən, Netanyahu İranın nüvə proqramı ilə bağlı “İranın nüvə silahına sahib olmaması üçün hər şeyi edəcəm”,- deyib.

ELÇİN
Chosen
22
reyting.az

1Sources