EN

Deputat seçicilərin problemini yerində həll edib- ÖZƏL

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin birinci müavini Fəzail İbrahimli Masallı rayonunda vətəndaşlarla görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib.  Bildidib ki, rayonun Banbaşı ərazi nümayəndəliyində Binə Xocavar, Böyük Xocavar, Təzə Alvadı və Köhnə Alvadı kəndlərindən vətəndaşkarı qəbul edib, bu kəndlərdə olan vəziyyətlə maraqlanıb, məktəblərdə və digər sosial obyektlərdəki şəraitlə yaxından tanış olub. Vətəndaşların hər birinin problemlərini ayrı-ayrılıqda dinləyən F.İbrahimli  bəzi məsələlərlə bağlı yerindəcə müəyyən tədbirlər görüb. Səfər çərçivəsində millət vəkili həmçinin Masallı Rayonunun İsgəndərli yaşayış massivində şəhid Hüseynov Sübhan Rauf oğlunun adına olan bulağının tikintisində iştirak edib. Görüşlərdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
47
1
olaylar.az

4Sources