EN

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun TƏSDİQLƏNDİ

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydası dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilib.

Layihəyə əsasən, həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

Layihə III oxunuşda səsə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova

Chosen
25
10
bakivaxti.az

10Sources