EN

Gürcüstanda nə baş verir?

Parlament seçkilərinin nəticələrini tanımayan Gürcüstan prezidenti Zurabaşvili, seçkilərdən dərhal sonra, muxalifətin yanında olduğunu və xalqı seçkilərin nəticələrinə qarşı çıxmağa və etiraz etməyə çağırdı. Seçkidən xeyli zaman ötsə də, ölkə prezidentinin mövqeyi dəyişmədən davam edir və o, hazırda gürcü xalqının Avropaya gedən yolunun bağlanmasına səbəb olan hökumətin qəbul etdiyi qərarlara qarşı xalqın yanında yer alıb və Qərbi buna inandırmağa çalışır ki, seçkilər ədalətli şəkildə keçirilmədi və sizin susqunluğunuz nəticəsində hökumət daha da irəli gedərək xalqın iradəsinin ziddinə olaraq qərarlar qəbul etməyə hazırdır və buna artıq start verib.Hazırda keçirilən etiraz aksiyası,bunu bir daha sübut edir ki, prezident Zurabaşvili elə müxalifətin lideridir və aksiyalara qoşulmaqla Qərbin dəstəyini qazanacaqlarına hər kəsi inandırmağa çalışır. Həmçinin,Trampın yenidən prezident postuna seçilməsi bu ölkədə qərbyönümlü qüvvələrin düşərgəsinə ruh yüksəkliyi gətirib və maraqlıdır, ABŞ və Avropa İttifaqı bundan sonra Gürcüstan müxalifətinə dəstək verəcəkmi? Yoxsa, hakim Gürcü Arzusu partiyası Qərblə bağlılığı olmayan birini prezident postuna gətirməklə bütün işləri qaranti altına ala biləcək?

Çingiz Şahbazi
Chosen
12
27
newscenter.az

10Sources