EN

Rusiyanın neft anbarı və radar stansiyası vurulub

Rusiyanın

Bu gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Rostov vilayətində yerləşən “Atlas” neft bazasına hücum edib.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücum nəticəsində obyektin ərazisində iki yanğın qeydə alınıb.

Baş Qərargah xatırladıb ki, “Atlas” Rusiya ordusunu neft məhsulları ilə təmin edən hərbi-sənaye kompleksinin bir hissəsidir. Bu yay sözügedən neft bazası artıq Müdafiə Qüvvələrinin hücumuna məruz qalıb.

“Bundan əlavə, düşmənin hava hücumundan müdafiə sistemlərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tapşırıqlar çərçivəsində rus ordusunun “Buk-M3” zenit-raket kompleksinin RLS-i məhv edilib. Bu sistem Zaporojyenin müvəqqəti işğal olunmuş ərazisində yerləşdirilmişdi”, - mesajda deyilir.

E. KAMAL
Chosen
14
reyting.az

1Sources