EN

Qışda turizm imkanlarından necə yararlanmaq olar?

"Bildiyiniz kimi turizm fəaliyyətləri bütün mövsümlərdə olduğu kimi qış mövsümündə də aktivləşir. 

Qış aylarında olan ən popular fəaliyyət qar üzərində baş tutan müxtəlif fəaliyyətlərdir. Onlardan ən çox yayılmış qar üzərində xizək sürməkdir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin Sədri, Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib. 

"Ölkədə bir neçə qış turizm mərkəzləri fəaliyyət göstərir. Onlar daha çox Qəbələ, Şahdağ və Naxçıvanda yerləşir. Bir sıra xidmətlər turistlər üçün açıqdır. Son statistika onu göstərir ki, qış turizm mərkəzlərinin ziyarətçiləri sırasında xaricilərin sayı artmaqdadır. Yəni bu mərkəzlər təkcə daxildə yox, o cümlədən geniş miqyasda xarici ölkələrdə də popularlıq qazanıblar".

O bildirib ki, açıq səma altında baş verən müxtəlif turizm fəaliyyətləri, qarlı cığırlarla hiking, xizək sürmək, qış giləmeyvələrinin yığımı, qar üzərində vəhşi heyvanların ləpirlərinin öyrənilməsi, qış qastronomik inciləri və s. fəaliyyətləri qış turizm növlərinə aid etmək olar:

"Tövsiyə edə bilərəm ki, qışda istirahət üçün seçim öncədən edilsin. Çünki daha çox xidmət seçimi və alternativ qiymət tapmaq imkanları olur. Qış mövsümündə yeni il bayramı zamanı gec rezervlər daha baha və məhdud seçimlə başa gəlir. Qış zamanı səyahət edərkən mövsümi geyimə diqqət yetirmək vacibdir. Seçim etdikdə xidmətləri peşəkar şirkətlərdən əldə etməyi tövsiyə edirəm. 
Adətən qış turizm mərkəzlərində qiymətlər yüksək olur. Bu hal əsasən xizək turizminə xas bir haldlr. Bu səbəbdən seçim etdikdə xizək sürmə xidmətlərini həmin mərkəzlərdə, yerləşdirmə, qida və digər əlavə xidmətləri isə qonşu müəssisələrdən əldə etmək olar. Belə etdikdə xərclərə bir qədər qənaet etmək imkanları yaranır.
Aktiv turizm fəaliyyətləri əhalinin sağlam həyat tərzinə, rekreasiyasına, gənc nəslin sağlam böyüməsinə bilavasitə təsir göstərən amildir". 


Əfsanə Kamal
Demokrat.az
Chosen
15
demokrat.az

1Sources