EN

XİN rəhbərindən Avropa İttifaqına XƏBƏDARLIQ

Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Qerçinski ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.

News24.az xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Gürcüstanın baş nazirinin sözlərinə görə, Aİ səfiri uzun müddətdir ki, müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir ki, bu da Vyana Konvensiyasının pozulmasıdır. 

“Müəyyən müddət ərzində bütün bunlara reaksiya vermədik, amma hər şeyin öz həddi var, əgər gələcəkdə davranışımızda dəyişiklik görməsək, o zaman həm səfirlə bağlı belə faktlara reaksiyamız mütləq olacaq. Avropa İttifaqı və digər səfirlərdən söhbət diplomatik reaksiyalardan gedir”, - Kobaxidze bildirib.


Aynurə



Chosen
161
news24.az

1Sources