EN

Kobaxidze Aİ səfirinə xəbərdarlıq edib

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Gürcüstandakı səfirinə qarşı diplomatik tədbirlər görülə bilər. Rəsmi Tbilisi bunun baş verməməsi üçün ona ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib.  

Baş nazir İrakli Kobaxidze Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinskinin indiki davranış tərzindən imtina etməyəcəyi və ölkənin daxili işlərinə müdaxiləni dayandırmayacağı təqdirdə Gürcüstan hökumətinin müvafiq addımlar atmağa məcbur olacağını söyləyib. 

Qerçinski həmçinin, Gürcüstanın Avroatlantik inteqrasiyadan imtina etdiyi barəsində dezinformasiya yaymaqda ittiham edilir.

Hakim "Gürcü arzusu" partiyasından verilən açıqlamada deyilir: "Əslində hakimiyyət Assosiasiya barəsində razılaşmanın yerinə yetirilməsinə diqqətlə nəzarət edəcəyini və 2028-ci ilə qədər razılaşmanın müddəalarının 90%-nin yerinə yetiriləcəyini qeyd edib".

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.

Qerçinski isə bu qərarın "ürəkparçalayıcı" olduğunu söyləyib və Gürcüstan əhalisini hökumətə etirazını bildirməyə çağırıb.

Hürr Tərcüman

 

Chosen
29
hurriyyet.az

1Sources