Gürcüstan parlamentində "qırmızı" səviyyə elan edildi
Noyabrın 29-dan etibarən Gürcüstan parlamentində "qırmızı" təhlükəsizlik rejimi tətbiq ediləcək. Manset.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətinin bəyanatında deyilir. Bu rejimə əsasən, yalnız parlament aparatının rəhbəri və deputatların icazə verdiyi şəxslər parlament binasına daxil ola biləcəklər.
Gələn həftə parlament 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər və 2025-ci il büdcəsinin təsdiqi məsələlərinə baxacaq.