EN

Suriyada silahlı müxalifət Hələb şəhərinə daxil olub

“Associated Press” və “CNN Arabic” yaraqlıların bəyanatlarına istinadən yazır ki, Suriyanın şimal-qərbində hücumları üçüncü gündür davam edən suriyalı qruplar Hələbə (Suriyanın ikinci ən böyük şəhəri) daxil olublar.

Şəhərin kənarında silahlılar iki avtomobili partladıblar, hökumət qoşunları ilə döyüşlər davam edir. AP şahidlərə istinadən yazır ki, yerli sakinlər yaraqlıların atəşi nəticəsində şəhərin qərb kənarındakı evlərini tərk edirlər. Telegram kanalında üsyançılar Hələb sakinlərini onların tərəfinə keçməyə çağırır. “Anadolu” mənbələri üç gün ərzində yaraqlıların ümumi sahəsi 400 kv.km olan əraziləri nəzarətə götürdüyünü bildirib. BMT Suriyanın şimal-qərbində uşaqlar da daxil olmaqla azı 27 mülki şəxsin öldürüldüyünü bildirib.

Qeyd edək ki, müxalifət 2016-cı ildən bəri ilk dəfə Hələbə soxulub. Ümumilikdə, eyni adlı əyalətdə eskalasiya üsyançılar və hökumətin Rusiya və Türkiyənin vasitəçiliyi ilə atəşkəs əldə etdiyi 2020-ci ildən bəri ən böyük eskalasiya olub. Suriyanın İdlib əyalətində üsyançıların ən böyük anklavına nəzarət edən qrupların hücumu noyabrın 27-də başlayıb. Yaraqlılar hərəkətlərini Suriya ordusu və onun müttəfiqi olan İranyönlü birləşmələrin, o cümlədən “Hizbullah”ın hücumlarının genişlənməsi ilə izah ediblər. Sonuncunun mövqeyi İsraillə hərbi qarşıdurmaya görə zəifləyib.

//Samir Qurbanov, Editor.az

Chosen
75
44
editor.az

10Sources