EN

Tarixin ən yaxşı seyv edən qapıçıları arasında türkiyəli də var

Britaniyanın ''GiveMeSport'' portalı maraqlı bir siyahı dərc edib.

Nüfuzlu portal futbol tarixinin ən yaxşı qapıçı seyvlərinin siyahısını müəyyənləşdirib. Birinci pilləni ingiltərəli Qordon Benks tutub. Əfsanəvi qapıçının DÇ-1970-in qrup mərhələsində Braziliya ilə oyunda Pelenin baş zərbəsi zamanı etdiyi məşhur seyv zatən başqa mənbələr tərəfindən də dəfələrlə ''əsrin seyvi'' adına layiq görülüb.

İkinci pillə argentinalı Emiliano Martinesə qismət olub. O, DÇ-2022-nin finalında Kolo Muaninin təkbətək epizodda qüvvətli zərbəsindən sonra komandasını real qoldan xilas etmişdi. Üçüncü pillədə isə ''Sanderlend''li Cimmi Mantqomerinin 1973-cü ildə İngiltərə kubokunun finalında ''Lids''lə oyundakı seyvi qərarlaşıb.

İlk ''10-luq''da Canluici Buffonun 2003-də ÇL-in finalında ''Milan''a, İker Kasilyasın DÇ-2010-nun finalında Niderlanda, eləcə də Türkiyə yığmasının qapıçısı Mərt Günokun son AÇ-nin 1/8 finalında Avstriyaya qarşı oyunun son saniyələrindəki seyvi də yer alıb.

ƏLİ

Chosen
53
football-plus.az

1Sources