Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 4218 m² (hər mərtəbəsi 1406 m²) olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində divara quraşdırılan elektrik lövhəsində 20 ədəd qoruyucu açar, 1 ədəd elektrik sayğacı və 5 paq.m elektrik kabeli yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media