EN

Suriyada müxalif qruplar Hələbə daxil olub

Suriyada müxalif qüvvələr 2016-cı ildən bu yana ilk dəfə ölkənin ikinci ən böyük şəhəri Hələbə daxil olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb. 

Agentlik yazıb ki, şəhərin qərb hissəsində hökumət qüvvələri ilə üsyançı qüvvələr arasında qarşıdurma yaşanıb. Sakinlər raket atəşi və atışmalar səbəbindən şəhərin həmin hissəsini tərk etməyə başlayıblar. 

“Reuters” isə üsyançıların artıq Hələbin mərkəzinə çatdığını yazıb. 

Qeyd edək ki, şəhərin qərb hissəsində tərəflər arasında qarşıdurma noyabrın 27-dən başlayıb. Toqquşma nəticəsində müxalif qruplar 70-ə yaxın yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Chosen
43
2
qafqazinfo.az

4Sources